David de Xea “Mançester Yunayted”ə qayıda bilər

İtaliyanın “Fiorentina” klubunun ispaniyalı qapıçısı David de Xea “Mançester Yunayted”ə (İngiltərə) qayıda bilər.

“Report” “Deadlinedaylive”ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay "transfer pəncərəsi"ndə onu almaq niyyətindədir.

Uzun müddət (2011-2023) Mançester təmsilçisində çıxış etmiş qolkiper 2024-cü ildə Florensiya klubuna transfer olunub.

Qeyd edək ki, David de Xeanın "bənövşəyilər"lə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. İtaliya A Seriyasının 2024/2025 mövsümündə 27 matça çıxan 34 yaşlı qapıçı 27 qol buraxıb.

Xəbər lenti

Amerika Çinlə barışmaq istəyir 10 aprel, 2025 / 23:34