Bakı. 5 yanvar. REPORT.AZ/ Mahaçqalanın "Anji-2" klubunun futbolçusu Həsən Maqomedov yanvarın 4-də Dağıstanda, Novokuli kəndi yaxınlığında avtomobilinin atəşə tutulması nəticəsində ölüb.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.
"Biz Həsəni özünə əziz bilən hər kəslə kədər içindəyik. Ümid edirəm ki, hüquq-mühafizə orqanları qatili tapıb layiqli cəzasını verəcəklər", - deyə "Anji"nin baş direktoru Sergey Korablev bildirib.
Faktla bağlı cinayət işi qaldırılıb.