Çilili hücumçu Azərbaycanda oynaya bilər

Çilili futbolçu Xordi Tompson karyerasını Azərbaycanda davam etdirə bilər.

“Report”un “emol.com”a istinadən məlumatına görə, “Kolo-Kolo” klubunun hücumçusu Premyer Liqa təmsilçisindən təklif alıb.

19 yaşlı forvardla maraqlanan komandanın adı qeyd olunmayıb. O, həmçinin Portuqaliyanın “Çaves” klubunun da gündəmindədir. Tompson da karyerasını Avropada davam etdirmək üçün klubundan icazə istəyib.

Qeyd edək ki, Xordi Tompson Çilinin U-20 yığmasının üzvüdür.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52