Cənubi amerikalı oyunçu yayda "Barselona"dan ayrıla bilər

Uruqvaylı futbolçu Ronald Arauxo İspaniyanın "Barselona" klubundan ayrılacaq ilk namizədlərdən biridir.

"Report" "Elnacional" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.

Kataloniya təmsilçisi cənubi amerikalı oyunçu ilə yayda vidalaşmağın yollarını axtarır, lakin onu 65 milyon avrodan az məbləğə satmaq istəmir.

"Barselona" Arauxo üçün bu yaxınlarda 40+10 milyon avroluq təklifi rədd edib. Klub onun əvəzində Almaniyanın "Bayer 04" komandasında çıxış edən Conatan Tanı heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, İngiltərə təmsilçisi "Liverpul" Ronald Arauxo ilə yaxından maraqlanır.

Xəbər lenti

Zabratda su kəsiləcək 29 may, 2025 / 17:53