Çempionlar Liqası: "Real Madrid" "Liverpul"a, "Napoli" "Ayntraxt"a qalib gəlib

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutub. "Kral klubu" çətin səfər oyununda rəqibini 5:2 hesabı ilə məğlub edib.

iframe width="640" height="400" src="https://vtopshots.elhighlights.com/embed/8lkMjWgllQekF" style="border:none;" allowfullscreen>

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu

00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər