UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un məlumatına görə, bu ada İngiltərə "Liverpul"unda çıxış edən Dioqu Jota layiq görülüb.
24 yaşlı portuqaliyalı hücumçu İtaliyada "Atalanta"nı 5:0 hesabı ilə məğlub etdikləri görüşdə "het-trik" edib.