Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara layiq görülüb.

31 yaşlı oyunçu İspaniya "Vilyarreal"ına 2:0 hesabı ilə qalib gəldikləri matçda 97 faiz dəqiq ötürmə ilə yadda qalıb, həmçinin 10,93 km məsafə qət edib.

Digər xəbərlər