UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun nəzərdə tutulduğu vaxtda başlamayacaq.
"Report"un məlumatına görə, qarşılaşma saat əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20:30-da yox, 21:10-da start götürəcək.
Buna səbəb Ranners şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxacdır. Hadisə səbəbindən komandaları stadiona gətirən avtobusların gecikdiyi bildirilib.