Çempionlar Liqası: "Qalatasaray" qrupda qalıb, 1/8 finala "Böyük 5-lik" komandaları çıxıb - VİDEO - FOTO

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, VI turun son oyun günündə qruplardakı yekun durum müəyyənləşib. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Fransada PSJ-yə böyük hesabla uduzaraq, A qrupunda sonuncu yeri tutub. Nəticədə "sarı-qırmızılar" mübarizəni dayandırıblar.

"Qalatasaray"dan əlavə, Serbiyanın "Srvena Zvezda", Xorvatiyanın "Dinamo" (Zaqreb), Rusiyanın "Lokomotiv" (Moskva) və "Zenit", Belçikanın "Genk", Çexiyanın "Slaviya" (Praqa) və Fransanın "Lill" klubları sonuncu yeri tutduqları üçün qrupda qalıblar.

1/8 finala yüksələnlərin hamısı "Böyük 5-lik" təmsilçiləri olub. Bunlar İspaniyanın "Real Madrid", "Atletiko", "Barselona" və "Valensiya", İngiltərənin "Tottenhem", "Mançester Siti", "Liverpul" və "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Leyptsiq", İtaliyanın "Atalanta", "Yuventus" və "Napoli", Fransanın PSJ və "Lion" komandalarıdır.

Almaniya "Bayer"i və "Zaltsburq"u, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı, Hollandiya "Ayaks"ı, Belçika "Brügge"si, Yunanıstan "Olimpiakos"u və Ukrayna "Şaxtyor"u isə qrup 3-cüsü kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

11 dekabr

A qrupu

24:00. PSJ (Fransa) - "Qalatasaray" (Türkiyə) - 5:0

Qollar: Mauro İkardi, 33. Pablo Sarabia, 35. Neymar, 46. Kilian Mbappe, 63. Edinson Kavani, 84-pen.

Digər xəbərlər