UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 3 oyunu keçirilib.
"Report"un məlumatına görə, hər 3 qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.
"Benfika" Portuqaliyada Niderlandın PSV klubunu 2:1 hesabı ilə məğlub edib. "Yanq Boyz" İsveçrədə Macarıstan "Ferentsvaroş"una qalib gəlib - 3:2.
İsveç "Malmö"sü isə doğma meydanda Bolqarıstan "Lüdoqorets"indən güclü olub - 2:0.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. "Benfika" (Portuqaliya) - PSV (Niderland) - 2:1
Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52