"Çelsi" Ukrayna millisinin futbolçusunu transfer etməkdə maraqlıdır

İngiltərənin "Çelsi" klubu Ukrayna millisinin və "Şaxtyor"un (Donetsk) yarımmüdafiəçisi Georgi Sudakovun transferində maraqlıdır.

"Report" "Daily Express"ə istinadən xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçu üçün 78 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, G.Sudakov 2024/2025 mövsümündə bütün turnirlərdə 11 qarşılaşmada iştirak edib, 7 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı ukraynalı oyunçunu 35 milyon avro dəyərində qiymətləndirir.

Digər xəbərlər