"Çelsi"nin futbolçusu klub rekordunu yeniləyib

İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Koul Palmer Cimmi Floyd Hasselbaynka məxsus klub rekordunu yeniləyib.

"Report" xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın XVIII turunun "Fulhem"lə matçında bir mövsümdə 26-cı qolunu vurub.

Bununla da o, Hasselbaynkın 23 il əvvəlki 25 qolluq rekordunu təzələyib.

Qeyd edək ki, hazırda davam edən matçda "Çelsi" "Fulhem" qarşısında 1:0 hesabı ilə öndədir.

Digər xəbərlər