"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb

Argentina millisinin qapıçısı Emiliano Martines İngiltərənin "Çelsi" klubuna transfer olunub.

"Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2028-ci ilə qədər müqavilə bağlanılıb.

2020-ci ildən "Aston Villa"da çıxış edən təcrübəli oyunçu bu komandanın heyətində 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olan qapıçının dəyəri "Transfermarkt" portalında 10 milyon avro qiymətləndirilir.

Digər xəbərlər