Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Almaniyanın "Köln" futbol komandasında baş məşqçi dəyişikliyi olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, istefaya göndərilən Markus Gizdolu Fridxelm Funkel əvəzləyib.

68 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Gisdal komandadan uğursuz nəticələrə görə qovulub. "Köln" onun rəhbərliyi altında son 8 matçda cəmi 2 xal toplayıb. Bundesliqa təmsilçisi hazırda 23 xalla 17-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31