Bundesliqa: “Bavariya” “Maynts 05”ə 8 qol vurub

Almaniya Bundesliqasının 25-ci turunda Münhenin “Bavariya” klubu doğma meydanda “Maynts 05” komandasını qəbul edib.

"Report" xəbər verir ki, oyun münhenlilərin böyükhesablı qələbəsi ilə bitib – 8:1.

Bu qələbədən sonra 57 xalı olan “Bavariya” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Birinci yerdə 64 xalla “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer 04” (Leverkuzen) qərarlaşıb.

Digər xəbərlər