Bu gün İspaniya La Liqasında "El Klasiko" keçiriləcək.
"Report"un məlumatına görə, "Real" (Madrid) XI turda "Barselona"nı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Qeyd edək ki, Kataloniya təmsilçisi 27 xalla birinci, Madrid klubu 24 xalla ikinci pillədə qərarlaşıb.