Braziliya millisinin sabiq baş məşqçisi karyerasına fasilə verib

Braziliya millisinin sabiq baş məşqçisi Tite sağlamlığında yaranan problemlərə görə karyerasına fasilə verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis hələ ötən il ürək problemi ilə xəstəxanaya yerləşdirilib.

Tite 2016-2022-ci illərdə Braziliya yığmasını çalışdırıb. O, 2019-cu ildə "sambaçılar"a Amerika Kubokunu qazandırıb.

Tite son olaraq "Korintians" (Braziliya) kollektivindən təklif alsa da, səhhətində yaranan problemlərə görə danışıqlar yarımçıq qalıb.

Xəbər lenti