Futbol üzrə dünya çempionatında Braziliya və Haiti yığmaları arasında keçirilən C qrupunun II turunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, "sambaçılar"ın heyətində Vinisius Junior oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, vinger görüşdə (3:0) komandasının üçüncü qolunu vurub və ikinci qolun ötürməsini edib.