Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırıla bilər.
"Report" xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb .
Mənbənin məlumatına görə, qurum rəhbərinin vəzifəsindən uzaqlaşdırılmasını Braziliya Konqresinin nümayəndəsi Daniela Karneyro tələb edib.
O, Federal Ali Məhkəməyə etdiyi müraciətdə Rodriqesin 2022-ci ildə CBF-yə rəhbər seçilməsinin legitimliyini tanıyan müqavilənin saxtalaşdırılmasında iştirak etdiyini söyləyib.
Qeyd edək ki, Ednaldo Rodriqes 2030-cu ilə qədər CBF-nin prezidenti vəzifəsinə seçilib.