BOK 2028-ci il Olimpiadasında kişilərdən ibarət komandaların sayını azaldır

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında kişilərdən ibarət futbol komandalarının sayını azaldıb.

“Report” xəbər verir ki, bu barədə BOK-un idman direktoru Kit Makkonel jurnalistlərə bildirib.

Los-Ancelesdə təşkil olunacaq yarışda kişilərin turnirində 12 komanda mübarizə aparacaq. Əvvəllər turnirdə 16 milli komanda təmsil olunurdu. Eyni zamanda, qadınların mübarizəsində komandaların sayı 12-dən 16-ya çatdırılacaq.

Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək keçiriləcək.

Xəbər lenti