Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın əsas qapıçısı Ersin Destanoğluna iki oyunluq cəza verib.
"Report"un məlumatına görə, buna 19 yaşlı qolkiperin Superliqanın VIII turda "Qaziantep"lə matçın 56-cı dəqiqəsində qırmızı vərəqə alması səbəb olub.
Destanoğlu cəzalı olduğu üçün "Başakşehir" və "Fənərbağça" ilə görüşləri buraxacaq.
Qeyd edək ki, "Beşiktaş" "Qaziantep"ə səfərdə 1:3 hesabı ilə uduzub.