"Beşiktaş" hücumçusunu İtaliya klubuna verdi

İtaliyanın "Leççe" komandası Türkiyə "Beşiktaş"ının futbolçusu Güven Yalçını icarəyə götürüb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu cari mövsümün sonunadək B Seriyası təmsilçisində çıxış edəcək.

"Sarı-qırmızılar" yayda gənc forvardı birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, 2018-ci ildən "Beşiktaş"da çıxış edən Güven Yalçın Türkiyə millisində 3 oyun keçirib.

Digər xəbərlər