Türkiyənin "Beşiktaş" klubu heyətinə daha bir futbolçu qatmaq niyyətindədir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Oser"də (Fransa) çıxış edən Keven Danya ilə maraqlanır.
İddiaya görə, "qara-qartallar" 22 yaşlı yarımmüdafiəçi üçün danışıqlara start verib.
Xatırladaq ki, Fransanın U-21 millisinin sabiq üzvü "Oser"də meydana çıxdığı 70 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.