"Beşiktaş" - "Fənərbağça" derbisində bir dəqiqəlik sükut

Türkiyə Mərkəzi Hakimlər Komitəsinin keçmiş rəhbəri, idman yazarı və FIFA referisi Bülent Yavuz vəfat edib.

"Report"un məlumatına görə, Yavuz 71 yaşında ikən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Türkiyə Futbol Federasiyasının qərarı ilə 20-21 martda bütün liqalarda keçiriləcək oyunlar 1 dəqiqəlik sükutla başlanacaq.

Qeyd edək ki, martın 21-də Türkiyə Super Liqasının XXXI tur oyununda lider "Beşiktaş" 3-cü pillədəki "Fənərbağça"nı qəbul edəcək.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31