Belçika və Niderlanddan darmadağın, Türkiyə millisi xal itirdi

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

Azərbaycan yığmasının yer aldığı A qrupunda Portuqaliya səfərdə Lüksemburqu məğlub edib - 3:1. Bu qrupda yer alan İrlandiya seçməsi isə yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib.

E qrupunda Belçika millisi Belarusun qapısından 8 cavabsız top keçirib.

G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkib. "Ay-ulduzlular" hesabda öndə olsalar da, qələbəni əldən veriblər. Niderland yığması isə səfərdə qrupun autsayderi Cəbəllütariqi darmadağın edib - 7:0.

H qrupunda Slovakiya evdə Rusiya, Xorvatiya isə Malta üzərində qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ
III tur
30 mart

A qrupu
20:00. Azərbaycan - Serbiya - 1:2

Qol: Emin Mahmudov, 59 (penalti) - Aleksandar Mitroviç, 16; 81

22:45. Lüksemburq - Portuqaliya - 1:3

Qollar: Gerson Rodriges, 30 - Dioqu Jota, 45+2. Kriştianu Ronaldu, 51. Joau Palyinya, 80

Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq)

Digər xəbərlər