Belçikanın "Antverpen" klubunun 17 yaşlı hücumçusu Corc İlenixena Fransa təmsilçisi "Monako"ya keçib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu transfer "Monako"ya təxminən 20 milyon avroya başa gəlib.
C.İlenixena Nigeriyanın Laqos şəhərində anadan olub və üç yaşında ailəsi ilə birgə Fransaya köçüb. O, 2023-cü ilin yayında "Antverpen"ə keçib.
Forvard ötən mövsüm 50 oyunda 14 qol vurub.