Belarus futbolunda koronavirusa ilk yoluxma aşkarlandı

Belarus I liqasında 4-cü turunun "Qomel" - "Arsenal" oyunu təxirə salınıb.

"Report"un yerli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna qonaq komandanın futbolçularından birində koronavirus infeksiyasının aşkarlanması səbəb olub.

Mayın 10-da keçirilməli olan qarşılaşmanın yeni tarixi barədə açıqlama verilməyib.

Qeyd edək ki, koronavirus pandemiyasına baxmayaraq, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidir.

Digər xəbərlər