Bədavi Hüseynov yenə sıradan çıxıb

Azərbaycan millisinin heyətində zədələnmiş "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra 31 yaşlı müdafiəçidə 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.

Müayinəyə əsasən, Bədavi Hüseynov 10 - 14 gün məşqlərdən kənarda qalacaq.

Digər xəbərlər