Almaniyanın “Bavariya” klubu yoldaşlıq görüşündə yerli “Rottax-Egern” komandasına 27:0 hesabı ilə qalib gəlib.
“Report” xəbər verir ki, həvəskar kluba qarşı oyunda münxenlilərin 13 futbolçusu fərqlənib.
Görüşdə Marsel Sabitser, Matis Tel və Camal Musiala penta-trikə, Serj Qnabri isə het-trikə imza atıb. Leroy Sane, Dayot Upamekano, Nussar Mazraui, Alfonso Devis, Rafael Gerrero, Rayan Qravenberx, Konrad Laymer, Kinqsli Koman və Sadio Mane isə hərəyə bir dəfə fərqləniblər.