"Bavariya" futbolçusu ilə müqavilə müddətini uzadıb

Almaniyanın "Bavariya" komandası futbolçusu Camal Musiala ilə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onun yeni sözləşməsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. 21 yaşlı oyunçu 2020-ci ildən münhenlilərin şərəfini qoruyur.

Qeyd edək ki, C.Musiala "Bavariya"nın heyətində ümumilikdə 193 oyunda 58 qol vurub.

Digər xəbərlər