"Başakşehir" yeni baş məşqçi ilə anlaşdı

Türkiyənin "Başakşehir" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocamanla anlaşıb.

Müqavilə ilə bağlı detalların fevralın 1-də açıqlanacağı bildirilib.

Qeyd edək ki, Kocaman bu vəzifədə ötən gün istefaya göndərilmiş Okan Buruku əvəzləyəcək.

Xəbər lenti