"Başakşehir" və PSJ uduzdu, "Barselona" böyük hesabla qalib gəldi

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu da ilk matçına çıxıb. İstanbul təmsilçisi Almaniyada "Leyptsiq"in qonağı olub. 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olan komandanın qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debütü məğlubiyyətlə nəticələnib - 0:2. Kaplan sonadək ehtiyatda qalıb.

H qrupunun digər qarşılaşmasında. PSJ Fransada İngiltərə "Mançester Yunayted"inə məğlub olub - 1:2.

E qrupunda mübarizə aparan Avropa Liqasının son qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Çelsi"nin qonağı olub. Görüş qolsuz yekunlaşıb. Bu qrupun digər matçında "Renn" Fransada Rusiya "Krasnodar"ı ilə heç-heçə edib - 1:1.

F qrupunda "Zenit" Rusiyada Belçika "Brügge"sinə uduzub - 1:2. "Latsio" isə İtaliyada Almaniyanın "Borussiya" (Dortmund) komandasını yenməyi bacarıb - 3:1.

G qrupunun iddialı komandalarından İtaliya "Yuventus"u Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" üzərində 2:0, "Barselona" isə İspaniyada Macarıstan "Ferentsvaroş"u ilə matçda 5:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası
qrup mərhələsi, I tur

20 oktyabr


E qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya) - 0:0

23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya) - 1:1

Qollar: Seru Girassi, 56 (pen.) - Kristian Ramires, 59

F qrupu
20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika) - 1:2

Qollar: İtan Horvat, 74 (öz qapısına) - Emmanuel Bonaventure, 63. Şarl de Ketelare, 90+3

Digər xəbərlər