"Barselona"nın qapıçısı AVRO-2020-ni buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Mark-Andre ter Ştegen dizindən əməliyyat olunacaq.

"Report"un məlumatına görə, bu barədə almaniyalı qolkiper şəxsi instaqramında yazıb. 29 yaşlı oyunçu prosedurun mayın 20-də başlanacağını bildirib. Bu səbəbdən, ter Ştegen Avropa çempionatını buraxacağını əlavə edib.

Qeyd edək ki, AVRO-2020 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində keçiriləcək.

Digər xəbərlər