"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

İspaniya "Barselona"sının futbolçusu Serxio Buskets klub prezidenti Joan Laporta ilə gələcək karyerasını müzakirə edib.

"Report" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılmağa qərar verib.

Kapitan klubla yeni müqavilə imzalamaq fikrində deyil. Buskets ABŞ-ın MLS liqasındakı komandalardan birinə keçəcək.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52