"Barselona"nın futbolçusunun zədəsi sağalıb

İspaniya təmsilçisi "Barselona"nın müdafiəçisi Andres Kristensenin zədəsi sağalıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, danimarkalı oyunçu 2022-ci ildə İngiltərənin "Çelsi" kollektivindən "Barselona"ya keçib. O, kataloniyalıların heyətində 75 oyunda 4 qol vurub.

Digər xəbərlər