"Barselona"nın futbolçusu komandadan ayrıla bilər

İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Ronald Arauxo klubdan ayrıla bilər.

"Report" COPE nəşrinə istinadən xəbər verir ki, buna uruqvaylı oyunçunun səhhətindəki problemlər səbəb olub.

26 yaşlı müdafiəçi noyabrın sonlarında sıradan çıxıb. Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flik daha əvvəl oyunçunun virusa yoluxduğunu açıqlamışdı. Amma sonradan onun psixoloji çətinliklər səbəbindən planlaşdırılmamış məzuniyyətə çıxdığı məlum olub.

Bildirilib ki, futbolçunun psixoloji sağlamlıq problemləri düşünüləndən daha ciddidir və o, bir daha "Barselona"da oynamaya bilər.

Qeyd edək ki, Ronald Arauxo cari mövsüm 15 matçda meydanda olub və 2 qol vurub.

Digər xəbərlər