"Barselona"nın futbolçusu əməliyyat olundu

İspaniyanın "Barselona" klubunun futbolçusu Filippe Koutinyo sol dizindən əməliyyat olunub.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb.

Braziliyalı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənir.

Qeyd edək ki, Filippe Koutinyo La Liqanın XVI turunda "Eybar"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə zədələnib. O, cari mövsüm "Barselona" forması ilə 14 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər