"Barselona"nın futbolçusu belindən əməliyyat olunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Markos Alonso əməliyyat olunub.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi dekabrın əvvəlində belindən aldığı zədəyə görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Onun təxminən martda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Markos Alonso cari mövsüm komandada 7 oyuna çıxıb.

Xəbər lenti

Xulio Baptista "Real"a qayıdır 23 may, 2025 / 12:50