"Barselona" Messini cəzalandırmayacaq

İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messini tibbi müayinədən keçməyə vaxtında gəlmədiyi üçün cəzalandırmayacaq. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları avqustun 30-da tibbi müayinədən keçib. 

Messi müqaviləsinin ləğv olunması üçün kluba müraciət edib və mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağını bildirib. 

"Barselona" futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşını kəsəcək. 

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlərdə 731 oyuna 634 qol və 285 məhsuldar ötürmə müəllifi olub. 

Digər xəbərlər