İspaniya millisinin futbolçusu Ferran Torresin "Barselona" klubundakı gələcəyi qeyri-müəyyəndir.
"Report" yerli AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə hücumçu arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.
Klub 26 yaşlı oyunçunun sözləşməsinin müddətini yeniləməmək qərarına gəlib.
Xatırladaq ki, F.Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.