Bakının iki rayonunda döyülmə hadisəsi baş verib

Bakının iki rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1969-cu il təvəllüdlü İsmayılov Səday Sərhəd oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi, 14 ünvanında yerləşən kafelərin birində naməlum şəxs tərəfindən döyülüb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona baş-beyin silkələnməsi, sol gicgah nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Daha bir şəxs - 2001-ci il təvəllüdlü Məmmədov Aslan Vüqar oğlu Nizami rayonu, B.Nuriyev, 26 ünvanında yaşadığı evin məhəlləsində qonşusu tərəfindən döyülüb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona çənə sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52