Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib.
"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada Portuqaliya və Slovakiya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər.
D qrupunda mübarizə aparan kollektivlərin duelində pireneylilər 2:1 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, bu qrupun digər oyununda Bolqarıstan Hindistana 5 cavabsız qolla qalib gəlib.
Foto: Samirə Həsənova