Azərbaycanlı hakimlər briqadası İtaliyanın oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Qeyd edək ki, oyun iyunun 6-da keçiriləcək.

Digər xəbərlər