Azərbaycanlı hakim-inspektor UEFA kursunda

Niderlandın paytaxtı Amsterdamda UEFA-nın hakim-inspektorlar üçün növbəti kursu işə başlayıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 6-cı dəfə təşkil olunan kursa UEFA hakim-inspektoru Asim Xudiyev də qatılıb. Tədbir iki gün davam edəcək. 

Qeyd edək ki, 2006-cı ildən keçirilən kursların budəfəki modulu 2020 - 2022-ci illəri əhatə edir.

Digər xəbərlər