Azərbaycanlı hakim-inspektor Türkiyə millisinin oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan – Türkiyə oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də Qazaxıstanın Karaqanda şəhərindəki "Şaxtyor" stadionda keçiriləcək.

Digər xəbərlər