Azərbaycanlı futbolçu "Neftçi"nin rəqibinə transfer oldu

Azərbaycan millisinin, "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. 

"Report"un məlumatına görə, 28 yaşlı müdafiəçi Şimali Makedoniyanın "Şkupi" komandasına keçib. Klub hələlik onunla imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, "Şkupi" "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibidir. "Neftçi" - "Şkupi" matçı avqustun 27-də "Bakcell Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31