Azərbaycanlı assosiasiya prezidentinə UEFA-da vəzifə verilib

Bakı. 30 iyun. REPORT.AZ/ Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyevə UEFA-da vəzifə verilib. "Report"un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

E.Əliyev qitə futbol qurumunun mini-futbol və çimərlik futbolu üzrə komitəsinə üzv seçilib.

Qeyd edək ki, Emil Əliyev 2011-ci ildən AMFR-in prezidentidir. 

Xəbər lenti

Salyanda qəbiristanlıq yanıb 21 may, 2025 / 18:57