Azərbaycanın U-21 millisi məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələn Samir Əliyevin baş məşqçisi olduğu yığma 2:3 hesabı ilə məğlub olub.

Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamızın qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.

Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52