19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Qəbələdə Moldova ilə üz-üzə gəlib.
Qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, komandalar martın 22-də də münasibətləri aydınlaşdıracaqlar.