16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində keçirdiyi ikinci oyununda da uduzub
"Report" xəbər verir ki, komanda Rumıniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə görüşdə 1:7 hesabı ilə məğlub olub.
Daha əvvəl yığma Litvaya 1:4 hesabı ilə uduzmuşdu.
Görüşlər Binə stadionunda keçirilir.
Xatırladaq ki, U-16 mayın 11-də, saat 12:00-da Gürcüstanla üz-üzə gələcək.